Portuqaliyalı futbol ulduzu Kriştiano Ronaldo təcavüz iddialarından sonra növbəti açıqlama ilə çıxış edib.
Qaynarinfo xəbər verir ki, "Yuventus"da çıxış edən futbolçu yalan danışmadığını və məhkəmədə qələbə qazanacağını bildirib:
"Meydanda və meydandan kənarda nümunəvi insanam. Hər zaman gülən və xoşbəxt biriyəm. Möhtəşəm klubda oynayıram, gözəl ailəm və 4 uşağım var. Sağlamam və hər şeyə sahibəm, digər şeylər mənim üçün maraqsızdır. Bu məsələ ilə bağlı yalan demirəm. Vəkillərim və mən məhkəməni əlbəttə ki, qazanacağıq".
Qeyd edək ki, amerikalı model Katrin Mayorqa 2009-cu ildə Ronaldo tərəfindən zorlandığını iddia edir.
Gülşən
Şərhlər