İran prezidenti Həsən Ruhani Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizə sülh məktubu göndərib.
Qaynarinfo xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında məlumat verib. Məktublarda Yaxın Şərqdəki sülh və sabitlik, təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri öz əksini tapıb.
Ə.Rəbii "ABŞ basqıları qonşu ölkələr arasında münasibətə zərər verməməlidir" , - deyə vurğulayıb.
Qeyd edək ki, Həsən Ruhani BMT Baş Assambleyasının 74-cü iclasında Hörmüz Sülh Planını açıqlamış və bölgədəki ölkələrdə sülh, sabitlik və rifah səviyyəsinin yüksəldilməsi barədə hədəflərindən danışmışdı.
Gülşən
Şərhlər