Rus deputatdan koronavirusla bağlı şok iddia: “Bir düşünün...”

Rus deputatdan koronavirusla bağlı şok iddia: “Bir düşünün...”

Rusiya Dövlət Dumasının deputatı Natalya Poklonskaya Çindən yayılan yeni növ koronavirusun bioloji silah ola biləcəyini iddia edib.

"Bu koronavirus xüsusi olaraq buraxılmış ola bilər", - Qaynarinfo xəbər verir ki, bu sözləri Poklonskaya öz Teleqram kanalında yazıb.

"Çində milyonlarla sakini olan şəhərlərin hamısı karantindədir, həkimlər çatışmır... Sanki xəbər deyil, "apokalipsis cəbhələrindən gələn xəbərləri" oxuyursunuz”. Deputata görə, son vaxtlar "qeybdən törəyən dəhşətli epidemiyaların" necə baş verməsi haqda düşünməyə dəyər. Onun fikrincə, bu, sadəcə təsadüf deyil: "İnsan mənəviyyatsızlığının miqyasını və texnoloji tərəqqini nəzərə alsaq, bunu təsadüfün ayağına yazmaq mümkün deyil”. 

Çinə qarşı bioloji zərbə endirməyin kimə lazım olmasına gəlincə, Poklonskaya Pekinin dünya səhnəsindəki rəqiblərinə işarə edib. Onun fikrincə, "planeti idarə etmək istəyənlər" bu ölkənin bu qədər sürətlə inkişaf etməsi ilə barışa bilmirlər. Əvvəlcə bu pis insanlar rəngli inqilabların hazırlanmış standartlarına əsasən dövlət çevrilişi təşkil etməyə cəhd etdilər... (görünür, o, Honq Konqdakı etirazları nəzərdə tutur), indi də qəribə bir virus ortaya çıxdı.

Poklonskayanın sözlərinə görə, bir azdan kimsə bu yeni virusa qarşı peyvənd icad edib varlanacaq. "Beləcə, insanlar öz mənfəətpərəst məqsədlərini güdənlərin iyrəncliyi üzündən ölür və əziyyət çəkirlər”, - deyə deputat fikrini tamamlayıb.

Alpər
XƏBƏRLƏR
BLOGLAR