Zərdüşt Əlizadə: “Moskva Azərbaycanı təcrid etmək istəyir”
Qəbələ RLS-in bağlanması Rusiya-Azərbaycan münasibətlərinin gələcəyini sual alına qoyub. Bununla bağlı Moderator.az saytına açıqlama verən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, baş verənlər münasibətlərə əlavə soyuqluq gətirəcək: “Əlbəttə, Qəbələ RLS-in bağlanması münasibətlərə müsbət təsir göstərməyəcək. Lakin baş verənlərin vəziyyətə o qədər də ciddi təsir göstərəcəyini də düşünmək olmaz. Əsas reallıq odur ki, Rusiya Azərbaycan ərazisinin bir hissəsini işğal edən Ermənistanın bir nömrəli hamisidir. Rusiya Azərbaycanın neft-qaz bazarında geniş əlaqələrə malik olmasını istəmir. Moskva Azərbaycanı təcrid etmək və onu öz təsir dairəsinə qaytarmağa çalışır. Bu, Rusiyanın siyasətinin əsas qayəsidir”.
Seymur Əliyev
Şərhlər