Xəbər lenti

Rusiya G7-yə hətta qonaq qismində çağırılsa... - Ukraynadan sərt reaksiya
Dünya 15:04 03.06.2020

Rusiya G7-yə hətta qonaq qismində çağırılsa... - Ukraynadan sərt reaksiya

Rusiya G7 Sammitinə hətta qonaq qismində dəvət alsa, Moskva üçün bu, siyasətinin səmərəliliyini təsdiqi olacaq. 

Qaynarinfo UNİAN-a istinadla xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Yekaterina Zelenko söyləyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın planları "Rusiyanın qrupun tam üzvü kimi statusunu bərpa etmək və beynəlxalq sanksiyalar siyasətini zəiflətmək cəhdlərində Rusiya diplomatiyasının vəzifəsini asanlaşdıracaq".

Zelenko əlavə edib ki, ölkəsi ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü, eləcə də gələcək islahatları dəstəkləyəcəyinə ümid edir.

May ayında Tramp koronavirus pandemiyası səbəbindən G7 sammitini təxirə salmağa və bir neçə üçüncü tərəf dövləti foruma dəvət etməyə qərar verib. Rusiyadan başqa, Avstraliya, Cənubi Koreya və Hindistan bu dəvətdə yer alır. Amerika prezidentinin fikrincə, G7 "köhnəlmiş ölkələr qrupudur" və dünyadakı vəziyyəti əks etdirmir.

Xatırladaq ki, 2014-cü ilə qədər Rusiya G8-in üzvü olub, lakin Krımın ilhaqından sonra qrupun digər üzvlərinin qərarı ilə qurumdan xaric edilib və təşkilat G7 formatında mövcudluğunu davam etdirib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->