Dünya 10:09 22.10.2019

Rusiya hərbi helikopterləri Suriyada ABŞ bazasına endi (VİDEO)

Rusiya Aerokosmik Qüvvələrinin helikopterləri bu yaxınlara qədər Amerika bazasının yerləşdiyi Suriyanın Raqqa əyalətindəki Tabka hərbi aerodromuna enib.

 

Qaynarinfo xəbər verir ki, ABŞ qoşunları Türkiyənin "Barış pnarı” əməliyyatının başladığı ərəfədə bu bölgəni tərk edib. Buna görə də hazırda obyekti müttəfiq qüvvələr qoruyur.

 

Xatırladaq ki, Ankara Suriyanın şimal-şərqindəki təhlükəsizlik zonasını terrorçu kürd qruplarından təmizləmək istəyir. 9 oktyabrda ölkə ərazisinə hərbi avadanlıqlar gətirilib və antiterror əməliyyatlarına başlanılıb.

 

Bir neçə gün əvvəl isə ABŞ Türkiyəni əməliyyatın 120 saat dayandırmasına və yaraqlılara yerdəyişmə imkanı verəməyə razı salıb.

 

Bu gün saat 22:00-da verilən 120 saat vaxt bitir. Türkiyə tərəfi terrorçular həmin ərazini tərk etməyəcəyi təqdirdə əməliyyatlara davan edəcəyini bəyan edib.