"Rusiya ilə Azərbaycan arasında iqtisadi və hümanitar sahələrdə, xüsusən də bu sahələri əhatə edən əsas sferalar üzrə 7 yol xəritəsi icra olunur. Xəritələrin əslində əsas məqsədi həm iqtisadi, həm də hümanitar əməkdaşlığın gücləndirilməsinə nail olmaqdan ibarətdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Deputat hesab edir ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir:
"Nəzərə alaq ki, Rusiya Azərbaycanın qeyri-neft ixracatında xüsusi paya malik olan ölkədir. Azərbaycanın qeyri-neft məhsullarının təxminən 36 %-i Rusiya bazarına yönəlir. Eyni zamanda Azərbaycana ixrac etdiyi aqrar məhsulların təxminən 70%-i Rusiya bazarına ixrac olunur. Bu baxımdan xüsusən qeyri-neft ixracatında Rusiya vacib tərəfdaşlardan biridir.
Rusiyanın bizimlə, xüsusən də iki ölkə arasında xarici ticarət dövriyyəsinin genişləndirilməsi və qarşılıqlı investisiya qoyuluşların artırılmasından söhbət gedir. Rusiya bizim üçün qonşu dövlət olaraq xüsusən də qeyri-neft sektorunda növbəti illərdə də əsas bazar olaraq qalacaq”.
Deputat onu da əlavə edib ki, bu baxımdan yerli sahibkarlar üçün Rusiya bazarına öz məhsullarını ixrac etmək daha ənənəvi və asandır:
"Xüsusən də nəzərə alaq ki, dil baryerləri demək olar ki, yoxdur. O cümlədən, uzun müddət eyni sistemdə olan ölkələr olduğuna görə anlaşma imkanları daha asandır. Bununla yanaşı, qarşılıqlı sərmayə qoşuluşlarının artırılması vacib hədəflərdəndir, kommunikasiyaların genişləndirilməsi, beynəlxalq yükdaşımalarda əməkdaşlığın artırılması əsas istiqamətlərdən biridir. Bütövlükdə iqtisadi sahədə həm ticarət, həm qarşılıqlı investisiya qoyuşuşu, həm idxal-ixrac və kommunikasiyaların genişləndirilməsi kimi məsələlər öz əksini tapıb. Hümanitar sahədə əməkdaşlıq hər zaman müşahidə olunub. Azərbaycanda rus dilində təhsil verən məktəblər praktik olaraq sərbəst şəkildə öz fəaliyyətlərini davam etdirirlər, ali məktəblərdə də rus dilində təhsil imkanları var. Bu da hümanitar sahədə əməkdaşlıq üçün yeni imkanların olduğunundan xəbər verir. Bu konteksdən də, təbii ki, həmin anlaşmalara uyğun olaraq iki ölkə arasında iqtisadi və hümanitar, eləcədə kommunikasiya və yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsi prioritetdir”.
Bahar Rüstəmli
Şərhlər