Xəbər lenti

Rusiya İsveçi bombaladı (ŞOK İDDİA)
Dünya 11:48 23.04.2013

Rusiya İsveçi bombaladı (ŞOK İDDİA)

Rusiyanın yeni nəsil ağır bombardmançı Tu-22M3 təyyarələri İsveç ərazisini bombardman edib. 

Qaynar.info-nun məlumatına görə, İsveçin ən tirajlı qəzetlərindən olan "Svenska Dagbladet" ortaya müdhiş iddia atıb. 

Qəzetin yaydığı məlumatda bildirilir ki, ötən ay Baltik dənizindən 6 hərbi təyyarə təlim məqsədilə havaya qalxıb. 4 qırıcı və 2 ağır bombardmançı Tu-22M3 təyyarələrinin istiqaməti İsveç olub. Təyyarələr onlara verilən ərazilərə çatdığı zaman nə NATO, nə də İsveç hərbi hava qüvvələrinin xəbəri olmayıb. Yalnız Danimarka və Litvanın 4 hərbi təyyarəsi həyəcan vəziyyətinə gətiriliblər. Lakin onlar da rus təyyarələrinin İsveçi bombalayıb geri qayıtmasından sonra havaya qalxa biliblər. 

Qəzetin ortaya atdığı bu qalmaqallı iddiadan sonra NATO və ölkənin hərbi hava sistemi araşdırılmağa başlanılıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->