Xəbər lenti

Rusiya KİV: Avropa Liqasının finalı Bakıda ən yüksək səviyyədə keçirildi (FOTOLAR)
phrase_var_qaynar. 16:03 01.06.2019

Rusiya KİV: Avropa Liqasının finalı Bakıda ən yüksək səviyyədə keçirildi (FOTOLAR)

Rusiya KİV-ləri bu il mayın 29-da Bakıda Avropa Liqasının final qarşılaşmasının yüksək səviyyədə keçirilməsini yüksək qiymətləndirib.

"Report"un məlumatına görə, Rusiyanın aparıcı xəbər saytlarından olan News.ru-da "Azərbaycanın paytaxtı Avropa Kubokunun finalının təşkil etməyi bacardı" başlıqlı yazı dərc edib.

"İngilis mətbuatı bu matça qara yaxmağa, hər bir qüsur tapmağa cəhd etdi – stadionun quruluşu uyğun deyil, Mxitaryan yarışlara qatılmaqda imtina edib. Bununla belə əsas mükafat uğrunda matç uğurlu keçdi", - məqalədə yazılıb.



"İzvestiya" qəzetində yazılıb ki, Azərbaycan Olimpiya stadionuna gələn çoxlu azarkeşlərə gözəl bayram bağışladı: "Bədbin proqnozlara, bukmekerlərin 2.5 üst koeffisient ilə kotirovkalarına baxmayaraq, Bakı finalı maraqlı və ən əsası məhsuldar olub. Hətta turnirin 2009-cu ildəki rebrendinqindən sonra baş tutan ən məhsuldar matç. Beləliklə, Azərbaycan paytaxtına uçuşu bahalı və uzaq hesab edən ingilislər peşmançılıq hissi çəksinlər".



"Gazeta.ru" yazıb ki, çərşənbə günü keçən Avropa Liqasının finalını uğurlu hesab etmək olar. Roman Abramoviçin gözü qarşısında baş verən "Çelsi"nin yadda qalan qələbəsi futbol tarixinə yazıldı".



"Nezavisimaya Gazeta" Avropa Liqasının finalında "Çelsi" və "Arsenal" ın nümayiş etdirdiyi oyunu möhtəşəm adlandırıb: "Oyundan sonra milyonlarla azarkeş hesabı (yadınıza salaq ki, kanonirlər 1: 4 hesabı ilə uduzub) və yığma komandaların meydançada hərəkətlərini müzakirə edir. Bu təşkilatçıların uğurudur. Matç yüksək səviyyədə keçirildi, və ilin ən mühüm matçlarından birinə yalnız stadion deyil, eyni zamanda bütün Azərbaycanın paytaxtı hazır idi".

Qəzet bildirib ki, azarkeşləri artıq hava limanında xoş sürprizlər gözləyirdi: "Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları, məsələn, azarkeşlərə, gül və suvenirlər bağışlayırdı. Qonaqların stadiona rahat getməsi üçün "Koroğlu" metrostansiyasından arenaya qədər pulsuz avtobuslar hərəkət edib. Dənizkənarı Milli Parkda azarkeşlər festivalı təşkil edilib, stadiondan kənarda futbolu izləmək istəyənlər üçün böyük monitorlar quraşdırılıb. Təşkilatçılar İngilis fanatların davasına da imkan vermədi. Finalı yada salarkən, azarkeşlər davalardan yox, hesab və oyundan danışacaq".



Öz növbəsində, "Parlamentskaya" qəzeti xatırladıb ki, Bakıda keçirilən Avropa Liqasının finalı gələnlərin sayına görə turnir tarixində üçüncü oldu: "Olimpiya stadionuna 51 370 nəfər gəlmişdi".



"Regnum" Xəbər Agentliyi İngilis mətbuatında bu matçın təşkil edilməsi ilə əlaqədar bəzi hücumların əsassız olduğunu yazıb və sübut kimi UEFA prezidenti Aleksandar Cheferinin sözlərinə istinad edib: "Bakıda hər şey mükəmməl təşkil olunub və turnirin finalına hazırdır. Hazırda hər şey qonaqpərvər görünür. Mən iddiaları qəbul etmirəm və heç bir çətinlik görmürəm. Əlbəttə, azarkeşlər üçün London və Roma kimi şəhərlərə bilet alıb getmək daha rahatdır, nəinki Bakı və ya məsələn, Bilbaoya. Lakin bu demək deyil ki, biz başqa şəhərlərdə matç keçirə bilmərik". 

Oxşar xəbərlər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->