Dünya 12:57 25.03.2020

Rusiya koronavirusla mübarizədə ABŞ-a kömək təklif etdi

Moskva ehtiyac yaranarsa, yeni növ koronavirus pandemiyasına qarşı mübarizədə ABŞ-a kömək etməyə hazırdır. 
 
Qaynarinfo xəbər verir ki, bu açıqlama ilə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov çıxış edib.

"Sadə amerikalılar bilməlidirlər ki, Rusiya Kaliforniyada yanğınların söndürülməsində dəfələrlə kömək təklif etdiyi kimi zəruri hallarda yenə ABŞ-a kömək etməyə hazır olacaq”, - Rusiya diplomatik nümayəndəliyinin rəhbəri deyib.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ-ın COVID-19 coronavirusunun yayılmasının yeni episentri ola biləcəyini qəbul edib.
 
Alpər