Rusiyanın gözlənilmədən NATO-ya daxil olması dünyada gərginliyi aradan qaldıra bilər.
Qaynarinfo xəbər verir ki, bu sözləri Ukrayna İnterpolunun keçmiş rəhbəri Kiril Kulikov NAŞ telekanalının efirində bildirib.
Onun sözlərinə görə, Moskvanın NATO-ya daxil olması ideyasını "bəzi Amerika mediası” səsləndirib.
"Mənim anladığım qədər hərbi-siyasi blokun əsas vəzifəsi müasir terrorizm, rejimlər və bu kimi təhlükələrə qarşı durmaqdır. Ona görə də Rusiya Federasiyasının NATO-ya daxil olması bütün yığılmış məsələləri həll edərdi”, - Kulikov əlavə edib.
O qeyd edib ki, Rusiya və Şimali Atlantika Alyansının bu məsələlər üzrə üzvləri müttəfiq ola bilərlər, lakin belə bir ssenari çox çətindir.
Digər məsələlərlə yanaşı, Kulikov maraqlı tərəflərə xarici siyasətdəki çətin vəziyyətdən çıxış yolunu qeyri-hərbi vasitələrlə axtarmağı tövsiyə edib.
Alpər
Şərhlər