Xəbər lenti

Siyasət 22:24 04.09.2013

Rusiya Qarabağı Azərbaycana qaytarır - İDDİA

"Serj Sarkisyan Rusiyanın siyasi və iqtisadi təzyiqinə dözməyərək faktiki olaraq, ölkənin suverenliyini satıb".

 ANS PRESS-in məlumatına görə, bu barədə erməni ekspert Hayk Aramyanın “Lragir” portalında nəşr edilmiş məqaləsində bildirilib. 

“Rejim bütün həyati vacib sahələri, təhlükəsizliyi və infrastrukturu Rusiyaya verib. Ermənistanın biznes “elitası” özünə məxsus şəkildə Rusiyanın “beşinci kolonnası”nı təmsil edir, öz analitikləri, ekspertləri, KİV-ləri və s. ilə birlikdə öz maraqları naminə hətta vətəni satmağa hazırdırlar”,- deyə müəllif vurğulayıb. 

Hayk Aramyan məqaləsində Qarabağ münaqişəsinin gələcəyinə də toxunulub. “Tarixi təcrübə göstərir ki, Rusiyanın son addımı Qarabağı Azərbaycana qaytarmaq olacaq. Bu, Rusiyanın mövqeyini regionda daha da gücləndirəcək”,- deyə erməni ekspert vurğulayıb.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->