Dünya 21:47 12.04.2021

Rusiya Türkiyəyə çarter reysləri dayandırdı

Rusiya Türkiyəyə çarter uçuşlarını dayandırır.

Qaynarinfo xəbər verir ki, bu barədə "RBK” nəşri məlumat yayıb. Bildirilir ki, belə bir qərara Türkiyədə koronavirusa yoluxma sayının artması səbəb olub.

Qərar ay yarım qüvvədə olacaq. Yeni qadağanın müntəzəm uçuşlara da aid olunub-olunmayacağı hələlik bilinmir. Mənbənin sözlərinə görə, turistlərin Türkiyədən təxliyyə olunması planlaşdırılmır, onlar planlı şəkildə geri gətiriləcək.