Rusiya üçün bədbin proqnoz: 1 milyon nəfər əhalisini itirə bilər

Rusiya üçün bədbin proqnoz: 1 milyon nəfər əhalisini itirə bilər

"Yoxsulluq səbəbiylə Rusiya əhalisi 1 milyon nəfər azalacaq".

Qaynarinfo xəbər verir ki, bunu Ticarət və Sənaye Palatasının (TTP) Maliyyə, Sənaye və İnvestisiya Siyasəti Şurasının üzvü Dmitri Lyubomudrov deyib.

Onun sözlərinə görə, ölkədə əhalinin azalması nə koronavirus pandemiyası, nə də digər xarici amillərlə izah olunmur:

"Doğum nisbətinin artmasına vətəndaşların real gəlirlərinin azalması mane olur. Ölkədə yaranan problemdən heç kim narahat olmur. İndi Rusiyada hər il daha çox milyarder peyda olur, amma dilənçilərin sayı daha sürətlə artır. Buna görə də, ölkə əhalisi 1 milyon nəfər azalacaq".

Xəyal Abdullayev
XƏBƏRLƏR
BLOGLAR
X