Rusiya Ukraynaya hücum edərsə... – Qərb yeni qorxunc sanksiya düşünür

Rusiya Ukraynaya hücum edərsə... – Qərb yeni qorxunc sanksiya düşünür

Rusiyanın ən böyük banklarına və Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaların tətbiqi ehtimalı Aİ və ABŞ tərəfindən nəzərdən keçirilir. 

Qaynarinfo "Bloomberg”ə istinadla xəbər verir ki, bu, Rusiya Ukraynaya "hücum” edəcəyi təqdirdə baş verəcək.

Bu barədə nəşrə məsələnin müzakirəsi ilə bağlı məlumatlı mənbə məlumat verib. Onun sözlərinə görə, rublun ABŞ dollarına və digər xarici valyutalara, o cümlədən avro və funt sterlinqə çevrilməsinə məhdudiyyətlər nəzərdən keçirilir.

Həmçinin Qərbdə investorların təkrar bazarda Rusiya borc öhdəliklərini almaq imkanlarını məhdudlaşdırmaq barədə düşünülüb.

Bloomberg-in qeyd etdiyi kimi, ən radikal variant Rusiyanın SWIFT maliyyə ödəniş sisteminə çıxışdan məhrum edilməsi olardı. Amma Qərbdə başa düşürlər ki, bu, Rusiya Federasiyasının sadə vətəndaşlarına zərər verəcək. Hələlik Avropa və Amerika rəsmiləri Rusiyanın rublu valyutaya çevirmək imkanını həyata keçirmək variantı üzərində qərarlaşıblar.
 
Alpər
 

XƏBƏRLƏR
BLOGLAR
X