Xəbər lenti

Rusiyada 22 yaşlı azərbaycanlı təcavüzdə ittiham edilir: 10 il həbs ala bilər
Dünya 10:34 15.02.2018

Rusiyada 22 yaşlı azərbaycanlı təcavüzdə ittiham edilir: 10 il həbs ala bilər

Rusiyanın İjevsk şəhərində 22 yaşlı Azərbaycan vətəndaşı 33 yaşlı qadına qarşı zorakılıq tətbiq etməkdə ittiham olunur.

Qaynarinfo Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Udmurtiya Əyalət Prokurorluğu məlumat yayıb.

Məlumata görə, şübhəli Udmurtiyadakı qohumlarını görməyə gəlirmiş. Gecə İjevsk şəhərinin Lenin küçəsində yolda qalan qadını da kömək məqsədilə götürüb. Lakin yarıda o, yolunu dəyişərək, qadını başqa istiqamətdə aparıb və ona qarşı zorakılıq tətbiq edib. Qadın öncə qaçmağı bacarsa da, şübhəli onu yenidən tutub və bu dəfə bıçaqla yaralayıb.

Qadının şikayətindən dərhal sonra şübhəli polis tərəfindən saxlanılıb. Ona barəsində bir neçə maddə üzrə cinayət iş açılıb.
 
Məhkəmənin qərarı gözlənilir. Cinayətkarın 10 il müddətinə azadlıqdan məhrum edilməsi istənilir.
 
Cinayətkarın kimliyi barədə hələlik bir məılumat verilməyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->