Rusiyada dəhşətli Covid-19 rekordu - Bir gündə 153 nəfər öldü

Rusiyada dəhşətli Covid-19 rekordu - Bir gündə 153 nəfər öldü

Rusiyada son bir gündə 8599 nəfərdə koronavirus infeksiyası təsdiqlənib.

Qaynarinfo xəbər verir ki, onlardan 3777-də (təxminən, 44%) xəstəlik asemptomatik olub. Bu haqda Koronavirus İdarəetmə Mərkəzindən bildirilib.
"Son bir gündə 153 adam vəfat edib”, - açıqlamada deyilir. 

Pandemiya başlayandan bəri Rusiyada 344 min 481 yoluxma və Covid-19 xəstələrinin 3541 ölümü qeydə alınıb.
113 mindən çox insan xəstəliyi dəf edib.

Baş verən hadisələrin çoxu Moskvada qeydə alınıb - 2516, onlardan 59 nəfəri ölüb. Moskva vilayətində 862 nəfər yoluxub, 5 ölüm hadisəsi baş verib. 384 infeksiya ilə üçüncü yerdə olan Sankt-Peterburqda 20 xəstə vəfat edib.

Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR