Xəbər lenti

Rusiyada erməni təxribatının qarşısı alındı
Siyasət 19:57 20.10.2021

Rusiyada erməni təxribatının qarşısı alındı

"Özünü "Artsax Respublikasının xarici işlər naziri” kimi təqdim edən David Babayanın Rusiyaya "işgüzar səfər” etməsi və bu ölkənin siyasi dairələri ilə görüşlər keçirməsinə dair bir sıra erməni KİV-də yayılmış xəbərlərlə bağlı Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumlarına müraciət olunub”.

Qaynarinfo xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.

"Rusiya tərəfindən daxil olmuş məlumata əsasən bildiririk ki, sözügedən səfər şəxsi xarakter daşıyır, qeyri-rəsmi qəbul edilir və adıçəkilən şəxslə heç bir siyasi məsləhətləşmələr aparılmayıb.

Səfirlik qeyd edir ki, bu kimi məlumatların erməni mətbuatında yayılması təxribatdır və məqsədi ictimaiyyəti çaşdırmaq, uğurla inkişaf edən Azərbaycan-Rusiya əməkdaşlığına kölgə salmaqdır”, - deyə səfirliyin məlumatında qeyd olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->