Dünya 17:41 13.04.2019

Rusiyada İŞİD-çilər zərərsizləşdirildi

Rusiyanın Tümən şəhərində təhlükəsizlik qüvvələri ilə İŞİD terrorçuları arasında qarşıdurma yaşanıb.

Qaynarinfo xəbər verir ki, Rusiya Milli Terrorla Mübarizə Komitəsinin məlumatına görə, Tüməndə yerləşən sığınacağa basqın təşkil edilib. Yaşanan qarşıdurmada 2 terrorçu zərərsizləşdirilib. 

Həmin şəxslərin şəhərdə böyük terror hücumu hazırlığında olduqları bildirilir.

Gülşən