Dünya 11:26 16.09.2021

Rusiyada naməlum şəxs polis idarəsinə hücum etdi (FOTO)

Naməlum şəxs Rusiyanın Voronej vilayətində polis idarəsinə hücum edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hadisə səhər saat 5:30 radələrində Liski şəhərində baş verib. Hərbi geyimdə olan avtomat silahlı naməlum şəxs rayon idarəsinə daxil olaraq polis əməkdaşını yaralayıb. Silahlı şəxs hadisədən sonra "Niva” markalı avtomobilə minərək oradan uzaqlaşıb.

Polis hadisə ilə bağlı araşdırma aparır. Cinayətkarın axtarışlarına başlanılıb.

Xəyal