Moskva Region Mərkəzi Tədqiqat Mühəndisliyi İnstitutu Daxili İşlər Nazirliyi və Milli Qvardiyanın əməkdaşları tərəfindən gizli daşınması üçün kompakt "Poloz" adlı tapança hazırlanıb.
Qaynarinfo xəbər verir ki, 9 mm çaplı özüdoldurulan tapança 50 metrə qədər məsafədən vura bilir. Silah -50 ilə +50 dərəcə arasında sınaqdan keçirilib. Atışma üçün 9x19 mm-lik tapança patronları, o cümlədən polad nüvəsi olan güllə istifadə olunur.
Xəzinənin tutumu - 15 və ya 18 patrondur. Silahın istifadəliliyi ən azı 10 min atəş qədərdir. "Poloz” standart ordu tapançasından daha kiçik və daha yüngüldür. Müxtəlif tutumlu xəznələrdən istifadə edilə bilər.
Tərtibatçıların fikrincə, istifadəsi rahat, etibarlı və asandır.
Alpər
Şərhlər