Xəbər lenti

Rusiyada qismən səfərbərlik elan olundu (YENİLƏNİB)
Dünya 10:37 21.09.2022

Rusiyada qismən səfərbərlik elan olundu (YENİLƏNİB)

(İlk xəbər 10.05-də verilib)
 
Rusiya Prezidenti Vladimir Putin qismən səfərbərlik elan edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Mash” teleqram kanalındakı birbaşa yayımdan məlum olub.
 
"Vətənimizi və bütövlüyümüzü qorumaq üçün mən qismən səfərbərliyə dəstək verməyi zəruri hesab edirəm", deyə Putin vətəndaşlara müraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, yalnız ehtiyatda olan və ilk növbədə silahlı qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar hərbi xidmətə çağırılacaqlar. Bölmələrə göndərilməzdən əvvəl hərbi xidmətə çağırılanlar mütləq əlavə hərbi hazırlıq keçəcəklər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->