Xəbər lenti

Özəl klinikalarda qiymətlər necə təyin olunur? (VİDEO)
Video 09:01 22.05.2025

Özəl klinikalarda qiymətlər necə təyin olunur? (VİDEO)

Bu gün ölkədə bir çox vətəndaş özəl klinikalarda həkim qəbuluna düşmək üçün minimum 50 manat ödəyir. Hər bir qəbuldan sonra isə pasiyent əlavə analizlərə yönləndirilir ki, bu da ayrı bir xərc deməkdir.

Qaynarinfo  ATV-yə istinadən xəbər verir ki, bir ay sonra həmin həkimin qəbuluna təkrar müraciət edildikdə belə vətəndaşdan yenidən ödəniş tələb olunur. Halbuki, pasiyent hələ də xəstəliyinin konkret nə olduğunu bilmir. Bəzi hallarda isə müayinə olunmuş sahə həkimin ixtisasına aid deyil. Bu zaman pasiyent başqa bir həkimə yönləndirilir və təkrarən 50-100 manat ödəməli olur. Belə olan halda bir xəstəlik üçün dəfələrlə ödəniş edilməsinə baxmayaraq, dəqiq diaqnoz qoyulmur, müalicə isə ləngiyir.

Vətəndaşlar bildiriblər ki, bir həkim üçün 50 manat, digərinə 80 manat xərcləri çıxır. Qan analizlərinə isə ümumilikdə 400 manat ödəyirlər.

Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, qiymətlər müəssisə ilə pasiyent arasında razılaşma yolu ilə müəyyənləşdirilir və tərəflər arasında bağlanan müqavilənin şərtlərinə əsasən tənzimlənir.

Ətraflı süjetdə:

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->