Rusiyada Təhsil nazirinin xanım müavini rüşvətə görə həbs edildi – 40 milyon

Rusiyada Təhsil nazirinin xanım müavini rüşvətə görə həbs edildi – 40 milyon

Moskvada dələduzluq şübhəsi ilə stats-katib - Təhsil və Elm nazirinin müavini Marina Lukaşeviç həbs edilib. 

Qaynarinfo xəbər verir ki, ilkin məlumata görə, saxlanılmaya səbəb elmi fəaliyyətin nəticələrini hazırlayan bir sistemin tətbiqi ilə əlaqədar sui-istifadə halları ola bilər. Söhbət 40 milyon rublun oğurlanmasından gedir.

Lukaşeviçlə birlikdə Təhsil və Elm Nazirliyinin keçmiş əməkdaşı Mixail Popov da saxlanılıb. Bu gün Moskvanın Tver məhkəməsində qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

Marina Lukaşeviç 45 yaşındadır, hüquqşünasdır, iqtisadi və hüquq elmləri namizədidir. Moskva Lenin adına Dövlət Pedaqoji Universitetində hüquq məsləhətçisi idi. Nazir müavini vəzifəsində iki il idi çalışırdı.

Mixail Popov əvvəllər Nazirlikdə Proqramlar və Müsabiqə Prosedurları İdarəetmə şöbəsinə rəhbərlik edib və bir müddət əvvəl "Rossotrudniçestvo”da təhsil və elm sahəsində layihələrin icrası şöbəsinə rəhbərlik etməyə başlayıb.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR