Leninqrad vilayətində pandemiya dövründə ciddi tələbatı yaranan qoruyucu vasitələrin istehsalı müəssisəsində partlayış və yanğın baş verib.
Qaynarinfo bu haqda TASS-a istinadla xəbər verir.
Kommunarda (Leninqrad vilayətinin Qaçinski rayonu) yerləşən "Fanema” (keçmiş Atropşinskaya) toxunmamış materiallar istehsalı fabrikində baş verən insident videoya çəkilib. Prokurorluq fövqəladə vəziyyətlə əlaqədar öz yoxlama təşkil edib, eyni zamanda partlayış faktının yalan olduğunu bildirib.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən 2 min kvadratmetr ərazini lokallaşdıran yanğının səbəbləri barədə məlumatlar və dəymiş ziyan dəqiqləşdirilir. Regional hakimiyyət orqanlarının məlumatına görə, itki yoxdur.
Alpər
Şərhlər