Rusiya XİN rəhbərinin müavini Aleksey Meşkov Yunanıstan XİN rəhbəri Evangelos Venizelosla ötən gün keçirdiyi görüşündə “Şərq tərəfdaşlığı” mövzusuna toxunaraq Rusiyanın Ukraynanın daxili işlərinə müdaxilə edilməməsinin vacibliyinə dair mövqeyini izah edib.
“Biz tərəfdən Ukraynanın daxili işlərinə müdaxilə edilməməsinin vacibliyi növbəti dəfə vurğulanıb”.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Meşkov rusiyalı jurnalistlərə açıqlamasında bildirib və qeyd edib ki, “imkan vermək lazımdır ki, ukraynalılar öz seçimini müəyyən etsinlər”.
“Bizim bəzi tərəfdaşlarımız Ukrayna mövzusunda çıxışlarını azaltmalıdır. Bizim üçün daha vacib məsələ Avropanın ən zəruri iqtisadi problemlərinin həlli yollarını müəyyən etməkdir. Bu cür problemlər isə meydanlarda yox, məhz Avropanın iqtisadi böhrandan çıxış yollarını müəyyən edəcək ciddi danışıqlar masasının arxasında həll olunur”, deyə Meşkov qeyd edib.
Meşkov həmçinin “Şərq Tərəfdaşlığı”na üzv olan dövlətlərin əksəriyyətinin MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olduğunu xatırladıb və bu onlarla bu formatlar çərçivəsində yüzlərlə çoxtərəfli müqavilələrin olduğunu qeyd edib. “Bu ölkələrlə münasibətləri sıfırdan qurmaq, mənim fikrimcə, yanlış olar. Bütün bu məqamları nəzərə almaq və bu ölkələrin maraqları çərçivəsində addım atmaq daha vacibdir”, deyə diplomat vurğulayıb.
Qaynar.info
Şərhlər