Xəbər lenti

Rusiyadan BMT-yə ŞİKAYƏT
Dünya 10:00 27.09.2013

Rusiyadan BMT-yə ŞİKAYƏT


 Litva şərq qonşusu tərəfindən islahatların aparılmasına maneçilik törədən iqtisadi, informasiya və energi təzyiqlərinə məruz qalır.


APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə sentyabrın 27-də BMT Baş Assambleyasının 68-ci sessiyasında çıxışı zamanı Litva prezidenti Dalya Qribauskayte Risiyanı nəzərdə tutaraq bəyan edib.
 
Onun sözlərinə görə, Baltikyanı ölkələr 20 il müstəqillik dövründə ticarət məhdudiyyətləri, məhsullara qadağa, enerji daşıyıcılarının qiymətlərində manipulyasiyalar, təzyiqlər və informasiya məkanında açıq təhqirlərə məruz qalıblar. 
 
“Hətta hazırda Avropa Birliyi Şurasına sədrlik edən və öz seçimini uğurla təsdiqləyən Litva belə bu təzyiqlərə az məruz qalmayıb. Səyahət edən insanlara sərhəddə yaradılan maneçiliklər, yüklərin daşınmasında yaradılan əsassız ləngimələr, “süd müharibəsi”nin elan olunması – bunlar yalnız ən son misallardır”, deyə Dalya Qribauskayte BMT Baş Assambleyasının tribunasından bəyan edib.      
 
O qeyd edib ki, öz azad seçimini etdikdə dəstək və məsləhət əvəzinə ölkənin ünvanına təbii qaza olan qiymətlərin artırılması və yaxud ticarətin dondurulması kimi təhdidlər olunduqda seçim etmək çətindir. “Bu cür təzyiq altında cəmiyyətin üzvlərinin hüquqlarını genişləndirən və dövlətin formalaşması prosesində iştirak etmək imkanlarını açan islahatları həyata keçirmək çətindir”, deyə Litvanın prezidenti qeyd edib. 
 
Qeyd edək ki, Rusiya cari ilin sentyabrın 11-dən Litvadan gələn yüklərə gücləndirilmiş nəzarət həyata keçirir. 
 
Bundan başqa, Rusiya sərhədçiləri avqustun 30-dan Litva dövlət nömrə nişanlı minik avtomobillərində də ciddi yoxlamalar aparır.
 
Həmçinin Rusiyan İstehlak Bazarına Nəzarət Xidməti (Rospotrebnadzor) Litvada istehsal olunan süd məhsullarına məhdudiyyətlər tətbiq edir. Qurum bu addımı süd məhsullarında aşkarlanmış antibiotiklərlə əlaqələndirir.  

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->