Video 16:33 29.11.2020

Rusiyadan Xankəndiyə 60-dan çox hərbi həkim gəldi (VİDEO)

Rusiya Xankəndiyə 60-dan çox hərbi həkim göndərib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Birinci hissəyə hərbi cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar daxildir.

Müdafiə Nazirliyi əlavə edib ki, Rusiya hərbçiləri artıq Xankəndidə ictimai nəqliyyatın bərpasına kömək ediblər.