Dünya 10:30 01.08.2020

Rusiyalı biznesmenin oğlu İngiltərədə ömürlük per oldu

"The Evening Standard" və "The Independent"in sahibi, rusiyalı iş adamı Aleksandr Lebedevin oğlu Yevgeni Lebedev ömürlük per olacaq və Britaniya parlamentinin yuxarı palatasına girəcək. 

Qaynarinfo xəbər verir ki, bu qərar Kraliça II Yelizaveta tərəfindən təsdiqlənib.

Bundan əvvəl mediada Lebedevin İngiltərə hökumətinin başçısı Boris Conson ilə dostluğu barədə məlumatlar yayılmışdı. Yeri gəlmişkən, Conson hələ xarici işlər naziri olduğu dövrdə İtaliyada bir rusun ailə malikanəsində qonaq qalıb.

Ömürlük perlərin siyahısına qohumu ilə fikir ayrılıqları səbəbindən parlamenti tərk edən hökumət başçısının qardaşı Co Conson da daxildir. Bundan əlavə, siyahıda keçmiş maliyyə naziri Filip Hammond ien Klark, habelə keçmiş baş nazir Tereza Meyin əri də var.

Qeyd edək ki, per İngiltərə və Fransada ən yüksək zadəgan tituludur.
 
Alpər