Dünya 12:40 17.12.2017

Rusiyalı ekspert: "Vaşinqton qisas almağa çalışacaq"

"ABŞ İŞİD-in yox etməkdənsə, onu nəzarəti altına almağa çalışıb. Vaşiqtonun sağ qalan terrorçulardan yeni silahlı birləşmələr yaratmaq istəməsi bunun bariz nümunəsidir".

Qaynarinfo-nun məlumatına görə, bunu Rusiyanın hərbi məsələlərlə bağlı eksperti Konstantin Sivkov deyib. Amerikalı hərbi mütəxəssislərin keçmiş İŞİD üzvlərindən ibarət "Yeni Suriya Ordusu" adlı silahlı birləşmələrə təlim keçdiklərini deyən ekspert Vaşinqtonun intiqam almaq istədiyini bildirib.

"İŞİD nəzarətindən çıxdığı üçün ABŞ qüvvələri tərəfindən bombalanmışdı. ABŞ heç vaxt İŞİD-lə mübarizənin tərəfdarı olmayıb. Bu səbəbdən özlərinə sadiq olan İŞİD generallarını bölgədən təxliyə ediblər. Hazırda Suriyadakı mövcud idarəçilik rejimlə mübarizəni davam etdirmək üçün yeni silahlı birləşmələr yaradırlar. Bu gün Suriya kampaniyasının tamamlanması ABŞ-ın məğlubiyyəti hesab edilə bilər. Ona görə Vaşinqton qisas almağa çalışacaq", - deyə ekspert söyləyib.