Siyasət 20:04 08.03.2021

Rusiyalı hərbçilər Qazaxla sərhəddə nə edir? (FOTO)

Rusiya ordusunun hərbçiləri Ermənistanın Azərbaycan sərhəd ərazilərinə gəlib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Gümrüdə yerləşən 102-ci hərbi bazanın hərbçiləri Qazaxla sərhəddə yerləşən İcevan şəhərində görüntüləniblər. Onların yerli bazarda və İcevandakı Ermənistan ordusunun alayına baş çəkdikləri xəbər verilir.

Yerli media rusiyalı hərbçilərin ərazidə Azərbaycanla demarkasiya işlərinə cəlb oluna biləcəyini yaxud ərazidə Rusiyanın daimi əsasda yeni hərbi hissəsinin yaradılması üçün fəaliyyət apardıqlarını yazır.