Rusiya futbol üzrə Dünya Çempionatı üçün 13 milyard dollar pul xərcləyib.
Qaynarinfo xəbər verir ki, xərclərin 70%-ni daşınma, 30%-ini isə idman infrastrukturunun yenilənməsi təşkil edib. Ölkə turizmin inkişafını hədəfləyir.
Rusiyaya 500 min turistin gəlişi gözlənilir. Onların hər biri təxminən 5-8 min dollar pul xərcləyəcək. Bu, ölkə iqtisadiyyatına 2-4 milyard xeyir deməkdir.
Qonşu ölkə 13 milyardla DÇ üçün ən çox pul xərcləyən ölkə statusunu qazanıb. Qətər isə 4 il sonra keçiriləcək bu yarış üçün 200 milyard dollar ayırıb.
Qeyd edək ki, DÇ-2018-in açılışı bu gün baş tutacaq.
Gülşən
Şərhlər