Rusiyanın qənimət kimi ələ keçirilən bahalı silahı Türkiyəyə gətirildi

Rusiyanın qənimət kimi ələ keçirilən bahalı silahı Türkiyəyə gətirildi

Liviyanın Milli Konsensus Hökumətinə bağlı qüvvələr tərəfindən ələ keçirilən Rusiya istehsalı olan "Pantsir" raket sistemi ABŞ-ın "C-17" yük təyyarəsi ilə Türkiyəyə gətirilib.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, rus sistemi hökumət qüvvələri tərəfindən qiyamçı Haftar ordusunun Vətiyyədəki hərbi bazasından ələ keçirilib.

"Pantsir"in ələ keçirilməsi, Rusiyanın bu hərbi texnologiyası haqda önəmli kəşfiyyat məlumatlarının əldə edilməsi üçün qapıları aralayıb. Bu nöqtədə ABŞ və Türkiyə arasında müzakirələr başlayıb. Bundan sonra "Pantsir" Türkiyənin Mitiqa hava limanı yaxınlığındakı bazasına aparılıb.

Türkiyə ABŞ arasındakı uzun müzakirələrdən sonra "Pantsir"in Ankaraya gətirilməsinə qərar verilib. Raket batareyası Türkiyə v Amerika mütəxəssisləri tərəfindən Ankarada incələnib.

Qeyd edək ki, bundan əvvəl sözügedən sistemin gizli şəkildə ABŞ-ın Almaniyadakı hərbi bazasına aparıldığı iddia olunmuşdu. // Teleqraf.com
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR