Rusiyanın tarix kitabında Türkmənçay düzəlişi erməniləri vahiməyə saldı

Rusiyanın tarix kitabında Türkmənçay düzəlişi erməniləri vahiməyə saldı

Rusiyanın tarix dərsliyində Türkmənçay müqaviləsi ilə bağlı edilən düzəliş Ermənistanda müzakirə mövzusuna çevrilib.

Qaynarinfo xəbər verir ki, bu haqda jurnalist Asif Nərimanlı öz sosial şəbəkə qeydində bildirib.
 
O, müqavilənin 193-cü ildönümü tarixindən bir həftə əvvəl (10 fevral) Rusiyanın 9-cu sinif üçün nəzərdə tutulan "Rusiya tarixi. XIX-XX əsrin başlanğıcı” dərs vəsaitində "Rusiya Şərqi Ermənistana doğru çəkildi” qeydində "Şərqi Ermənistan” ifadəsinin silindiyini, əvəzində "İrəvan və Naxçıvan xanlığı” ifadəsi yazıldığını qeyd edib: 

"Rusiya Təhsil Nazirliyi bunu belə izah edir ki, SSRİ dövründə bu ərazilər tarix kitabında "Şərqi Ermənistan” kimi göstərilirdi, lakin müqavilənin mətnində belə ifadə yer almadığı üçün dərsliyə düzəliş edilib. 

Ermənilər bu izahı qəbul etmək istəmir və düzəlişi özlərinə qarşı "sui-qəsd nəzəriyyəsi” kimi qiymətləndirirlər. İddia edirlər ki, Azərbaycanın İrəvanı tarixi torpağı adlandırması fonunda rusların etdiyi onlar üçün təhlükəli gələcək vəd edir. Rusiyanın tarixi düzəlişi məhz indi – 44 günlük müharibədən sonra etməsi maraqlıdır”.

Aydın
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR