Dünya 10:16 27.01.2022

"Rusiyaya güzəştə getməyəcəyik” - NATO-nun Baş katibi

"NATO üçün kritik olan mühüm məqam başlanır. Hərbi qüvvələrin yeridilməsi davam edir. Yüz minlərlə qoşun müharibə vəziyyətindədir. Biz yenidən Rusiyanı gərginliyi azaltmağa çağırırıq”.

Bu sözləri NATO baş katibi Stoltenberq ötən gecə keçirdiyi mətbuat konfransında bildirib.

O bildirib ki, NATO Şərqi Avropada böhranın güc və qüvvə tətbiq etmək hədəsi ilə deyil diplomatik yolla həllinin tərəfdarıdır.

NATO baş katibi Moskva-Brüssel xətti ilə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb. "Biz həmçinin Rusiyanı narahat edən məsələləri dinləməyə, Avropanın təhlükəsizliyi ilə bağlı diplomatik prinsiplərə söykənərək dialoq aparmağa hazırıq”. 

Stoltenberq qeyd edib ki, Rusiya təcavüzkar ritorikadan qaçmalıdır.

NATO baş katibi bildirib ki, Alyans müdafiə xətti tutub, amma Rusiya ilə qarşıdurmaya can atmır. "Biz Avropanın təhlükəsizliyinə aid əsas prinsiplər üzrə güzəştlərə getməyəcəyik”-deyən Stoltenberq Alyansın müttəfiqlərini müdafiə etməyi tələb edən 5-ci maddəni xatırladıb.//Azpost

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?