Rusiya Suriyaya S-300 havadan müdafiə sistemi göndərəcək.
Qaynarinfo Ria Novosti-yə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Sergey Şoyqu açıqlama verib. S-300 sistemi Suriyanın müdafiə sistemini daha da gücləndirəcək. Rusiya həmçinin Suriyanı havadan müdafiə üçün digər texnikalarla təchiz edəcək.
Rəsmi Dəməşqə S-300 təchizatı 2013-cü ildə dayandırılmışdı, Rusiyanın açıqlamasında situasiyanın artıq dəyişdiyi bildirilir.
Qeyd edək ki, ötən günlərdə Aralıq dənizində Rusiyanın "IL-20" təyyarəsi Suriya tərəfindən vurulub. Rusiya İsrail təyyarələrinin bunun üçün şərait yaratdığını, Suriyaya məxsus müdafiə sisteminin hədəf məsələsində yanıldığını bildirir.
Hadisə zamanı 15 rus hərbçisi dünyasını dəyişmişdi.
Gülşən
Şərhlər