Ruslar Putinə sarayını uşaqlara verməyi təklif etdilər

Ruslar Putinə sarayını uşaqlara verməyi təklif etdilər

Rusiyalılar prezident Vladimir Putinə müraciət edib. 

Qaynarinfo xəbər verir ki, Change.org saytında yayımlanan bu müraciətdə onlar Putinə "Gelencik yaxınlığındakı sarayını" uşaqlara verməyi təklif ediblər.

"Bu saray müxtəlif siyasi partiyaların nümayəndələri, televiziya və mətbuatın iştirakı ilə açıq və şəffaf şəkildə uşaqlara verilsin. Gələcəkdə isə kütləvi informasiya vasitələri bu obyektə sərbəst giriş əldə etməli və Rusiya vətəndaşlarına onun oliqarxlar və incə elitanın deyil, sadə rus xalqının uşaqlarının mənafeləri naminə istifadəsi barədə məlumat verməlidir. Hər şeyin yaxşısı uşaqların olsun!" - müraciətdə deyilir.

Xatırladaq ki, "Putin sarayı" haqda ictimaiyyət müxalif siyasətçi Aleksey Navalnının YouTube-da yayımladığı araşdırma materiallarından sonra məlum olub.

Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR