Rüstəm İbrahimbəyov Demokratik Qüvvələrin Milli Şurasının yaradılması ilə bağlı məktub yazıb.
Qaynar.info-nun Minval.az-a istinadən verdiyi məlumata görə, məktubda deyilir ki, siyasi partiyalar, hərəkatlar və ictimai birliklər tərəfindən Demokratik Qüvvələrin Milli Şurasının tərkibinə irəli sürülən namizəddlərin müzakirəsi başa çatıb: “Son illər ərzində ilk dəfə bu qədər geniş siyasi koalisiya yaradıldı. Şuraya qarşıdakı vəzifələri müəyyən edən təsis bəyannaməsini imzalmağa razılaşan müxtəlif peşələrdən, sosial qruplardan, yaşlardan olan və fərqli dünya görüşlü adamlar daxildir. Bu vəzifələrdən ən əsası 2013-cü ildə azad və ədalətli seçkilərin keçirilməsidir”.
Rüstəm İbrahimbəyov Milli Şuranın tərkibi və təsis bəyannaməsinin yaxın vaxtlarda dərc ediləcəyini bildirib.
Kinorejissor qeyd edib ki, Demokratik Qüvvələrin Milli Şurasının yaradılması korrupsiya və avtoritarizm rejiminə qarşı mübarizə aparan nüfuzlu qüvvələrin birliyinin sübutudur: “Bu ümid etməyə əsas verir ki, Şuranın fəaliyyəti həm ölkə daxilində, həm də ölkədən kənarda demokratik qüvvələr tərəfinqdən dəstəklənəcək. Təxminən 100 il əvvəl Şərqdə ilk demokratik respublikanı yaradan xalq da sübut edəcək ki, tarixi təsadüflər olmur”.
Qaynar.info
Şərhlər