AFFA prezidenti Rövnəq Abdullayev Türkiyə Superkuboku uğrunda “Qalatasaray” - “Fənərbaxça” matçının Bakıda baş tutmamağına aydınlıq gətirib.
APA-nın məlumatına görə, assosiasiya rəhbəri Türkiyə Futbol Federasiyasının (TFF) müraciətinə niyə müsbət cavab verə bilməməklərini səbəbini açıqlayıb.
O bildirib ki, TFF-nin nəzərdə tutduğu tarixdə - avqustun 11-dən 1 gün sonra matçın keçirilməsi nəzərdə tutulan Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan komandalarının oyunu planlaşdırılıb: “Öz komandalarımız üçün stadionun hazırlanması və oyuna hazırlıq məsələləri gündəmə gəldiyi üçün məcburən mənfi cavab verdik. Həmin tarixdə matçın gerçəkləşməsi imkansız olduğundan, belə alındı”.
AFFA prezidenti Superkubok matçının oynayacağı gün Azərbaycana xeyli “Qalatasaray” və “Fənərbaxça” azarkeşlərinin gələcəyi, təhlükəsizlik problemlərinin yaranacağı və ölkəmizin qərarının bu səbəbdən mənfi olmağı ilə bağlı iddiaları yanlış olduğunu söyləyib: “Qalatasaray” və “Fənərbaxça”nın əzəli rəqabətindən və bunun tərəfdarlara necə təsir etdiyindən xəbərdarıq. Ancaq verdiyimiz qərarda bu məsələnin heç bir təsiri olmadı. Təhlükəsizlik məsələləri Azərbaycan üçün problem deyil. Yeganə səbəb öz komandalarımızın keçirəcəyi oyunla Türkiyə Superkuboku matçının eyni tarixlərə düşməyidir”.
Qaynar.info
Şərhlər