Moskva vilayətində meyvə satışı ilə məşğul olan azərbaycanlı Rövşən Allahverdiyev özünü yandırıb. Bununla əlaqədar sahibkarı təhdid etməklə məşğul olmuş polis əməkdaşları barəsində cinayət işi başlanıb.
Qaynarinfo virtualaz.org-a istinadən xəbər verir ki, piolis əməkdaşları vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar.
Rövşən Allahverdiyevin sözlərinə görə, son iki il ərzində o, küçə ticarəti ilə məşğul olduğu üçün polis əməkdaşlarına "hörmət edirmiş”. Lisenziyası olmayan saıcıdan ödənişi hər həftə etmək tələb olunduqda isə o dözməyib. Bundan sonra polis podpolkovniki Rövşəni və onun ticarət obyektini yandırıcı maddə ilə "sulayıb”. Azərbaycanlı satıcı isə özünə od vurub. Həmyerliləri Rövşənin odunu söndürüb, onu xəstəxanaya çatdırıblar. Hadisədən dərhal sonra podpolkovnik tutulub, onun kapitan yoldaşı isə axtarışdadır.
Şərhlər