Ölkə 09:44 08.10.2019

Rövşən Məmmədov Flora Xəlilzadənin oğluna vəzifə verdi

"Mədəniyyət" kanalında yeni kadr təyinatı olub.

Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov gənc jurnalist Bəhruz Niftəliyevi "Mədəniyyət" kanalında direktor müavini təyin edib.

Qeyd edək ki, Bəhruz Niftəliyev bundan əvvəl AzTV-nin "Mədəniyyət xəbərləri" redaksiyasında çalışıb.

O, əməkdar jurnalist Flora Xəlilzadənin oğludur.