Xəbər lenti

Röyanın anşlaqla keçən konsertindən FOTOLAR
Foto 14:33 06.05.2018

Röyanın anşlaqla keçən konsertindən FOTOLAR

Müğənni Röya Ayxan Bakı Konqres Mərkəzində "Doldur ürəyimi” adlı solo konsert proqramı ilə çıxış edib.

Qaynarinfo musavat.com-a istinadən xəbər verir ki, Bakı Konqres Mərkəzinin səhnəsində ilk dəfə konsert verən müğənninin konserti yarım saat gec başlayıb. Alqışlarla səhnəyə çıxan Röya gecəyə "Doldur ürəyimi” mahnısı ilə başlayıb.

Əməkdar artist Rəşad Haşımovun rəhbərlik etdiyi ansamblla səhnədə canlı performans sərgiləyib. Həyəcanını gizlətməyə çalışan Röya "Səndən başqa”  mahnısını ifa edərkən sözləri unudub. Ifadan sonra həyəcanlı olduğu üçün sözləri unutduğunu deyib.

Daha sonra əməkdar artist "Bilərsənmi”, "Son sözüm”, "Dəli küləyim”, "Kül olsun hisslər”, "Sən və mən”, "Yolun açık olsun”, "Sənə ehtiyacım var”, "Toxun mənə”, "Bu gecə”, "Bu gecə”, "Ağla”, "Bir iki kəlmə”, "Düşürsən tez-tez yada”, "Sənin deyiləm”, "Yar gələrsən”, "Etibarım yox” mahnılarını ifa edib.

Səsləndirdiyi hər mahnısından sonra tamaşaçılar ilə ünsiyyət quran əməkdar artist  yanında olan hər kəsə təşəkkürünü bildirib: "Adamın arxasında bahalı insanlar olanda özünü güvəndə hiss edir. Mənim yanımda hər zaman gözəl insanlar olub. Onlar çətin anlarımda mənə kömək edirlər”.

İfaları alqışla qarşılanan müğənnini izləyənlər arasında atası və oğlu da olub. Gecənin maraqlı məqamlarından biri də Miri Yusifin ifaçının oğlu ilə səhnəyə çıxması olub. Röya Ayxan və M.Yusif "Səndən bir dənədir” duetini səsləndirib. Müğənninin oğlu Hüseynin rəqsi də maraqla qarşılanıb.

3500 nəfərlik zalı dolduran Röya parıltılı libası ilə göz oxşayıb.

Konsert bitdikdən sonra isə müğənni media nümayəndələri ilə bir araya gəlib və onların suallarını cavablandırıb: "Bu məkanda konsert verməyi heç düşünmürdük. Çünki avqust ayı üçün başqa şou hazırlamışdıq. Amma dekabr ayında daha möhtəşəm şou ilə qarşınızda olacağam. Yanımda olduğunuz üçün sevindim. Çünki bir müddət öncə konsertlə bağlı aramızda anlaşılmazlıq oldu. Mən də bir az tərs adamam. Əyilməyi sevmirəm. Düzgünlük tərəfdarıyam. Siz yanımda olanda özümü daha güclü hiss edirəm”.

R.Ayxan tezliklə mətbuat konfransında media nümayəndələri ilə görüşəcəyini bildirib: "Bir çox məsələlərə aydınlıq gətirəcəyəm. Bütün qalmaqallara, illərdir davam edən anlaşılmazlıqlara son qoyulacaq. Çünki mən o adam deyiləm. Bunların açıqlaması da verilməlidir”.

İfaçı konsertdən bir neçə gün öncə yaşadığı qalmaqal haqda da danışıb: "Hər dəfə konsertdən öncə nə isə baş verir. Polad müəllim deyir ki, "Bu qız çox hiyləgərdir. Hər konsertindən öncə bir foto ortaya çıxarır”. Amma hamısı təsadüfdür. Bunlar da keçəcək”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->