Siyasət 23:02 17.11.2021

“S-400”lərin hansı hissəsini istehsal edəcəyimizi açıqlamayacağıq” - Ərdoğan

"Türkiyə "S-400” zenit-raket kompleksinin hansı hissələrini hazırlayacağı barədə məlumatı açıqlamayacaq”.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İspaniyanın Baş naziri Pedro Sançeslə keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlrinə görə, Rusiya və Türkiyə "S-400"in detallarıın birgə istehsalı ilə bağlı hər hansı açıqlama verməmək barədə razılığa gəliblər. Bu səbəbdən də hər iki tərəf məsələyə həssaslıqla yanaşır.

Qeyd edək ki, Rusiya və Türkiyə 2017-ci ildə "S-400" zenit-raket komplekslərinin tədarükü üçün ilk müqavilə imzalayıblar. Türkiyə tərəfi kompleksləri 2019-cu ilin yayı və payızında alıb. "S-400"ün yeni partiyasının tədarükü ilə bağlı müqavilənin isə bu ilin sonuna qədər imzalanacağı gözlənilir. (azvision.az)