Avropa İttifaqı liderlərinin Ukraynaya dəstəyi müzakirə etmək üçün Brüsseldə keçirilən görüşündə Polşa prezidenti Anjey Duda Avropa maliyyə institutlarında dondurulmuş 260 milyard avroluq Rusiya aktivlərinin müsadirə edilməsini və Ukraynaya kömək məqsədilə yönəldilməsini təklif edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" (FT) mənbələrə istinadən yazır.
Onların sözlərinə görə, Almaniya kansleri Olaf Şolts bu təklifdən qəzəblənib. Qəzet yazır ki, Şolts belə bir qərarın Avropa maliyyə bazarlarının sabitliyinə ciddi təsir göstərə biləcəyini bildirib. "Bunun maliyyə bazarlarımızın sabitliyinə necə təsir edəcəyini başa düşmürsən" deyən alman kansler əlavə edib: "Siz avrodan belə istifadə etmirsiniz!"
FT qeyd edir ki, Ukraynanın Qərb müttəfiqləri tərəfindən dəfələrlə müzakirə edilən Rusiya aktivlərinin müsadirə edilməsi ideyası ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənir. Almaniya, Fransa və İtaliya buna qarşıdır.
Ötən aylarda Avropa İttifaqı Rusiyanın dondurulmuş dövlət aktivlərindən əldə etdiyi gəlirləri kredit şəklində Ukraynaya köçürür. Avropa diplomatiyasının yeni rəhbəri Kaya Kallas bu pulların tamamilə müsadirə edilməsi barədə yenidən düşünməyi təklif edib. Dekabrın 19-da Aİ sammitində assosiasiyanın bütün ölkələri üçün hüquqi qüvvəyə malik olan qərar qəbul edilib və ona əsasən, bu aktivlər hərbi əməliyyatlar bitənə qədər blokadada qalacaq.
Aydın
Şərhlər