Xəbər lenti

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı Saziş imzalandı
Ekonomiks 14:07 21.12.2024

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı Saziş imzalandı

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Rusiyaya işgüzar səfər edib.

Səfər çərçivəsində Rusiyanın Nəqliyyat Nazirliyində nazir Rəşad Nəbiyev, Rusiya Hökuməti sədrinin müavini Vitali Savelyev və nəqliyyat naziri Roman Starovoytun iştirakı ilə görüş keçirilib.

Görüş zamanı "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı, o cümlədən avtomobil daşımalarının həyata keçirilməsi üçün müzakirələr aparılıb.

Müzakirələrdən sonra Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yükdaşımaların inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş imzalanıb.

Dəmiryolu infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən edən Sazişin məqsədi nəqliyyat əlaqələrinin səmərəliliyini yüksəltmək və "Şimal-Cənub” BND-nin Qərb marşrutunun potensialını artırmaqdır.

Bu Saziş dəmiryol nəqliyyatı ilə yüklərin daşınma həcminin artmasını stimullaşdıracaq və daşıma həcmlərinin artım tempi ilə dəmiryol nəqliyyatı infrastrukturunun inkişafı arasında balansı təmin edəcək.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->