XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
Siyasət10:45 27.09.2026

Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 27 Sentyabr – Anım Günü ilə bağlı Vətən müharibəsi şəhidlərini yad edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"27 Sentyabr – Anım Günü ilə bağlı Qarabağ uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət və rəhmətlə anırıq", – paylaşımda bildirilib.

Qeyd olunub ki, Türkiyə "Bir millət, iki dövlət" şüarı ilə Azərbaycanın yanında olmağa davam edəcək.