Dünya 19:43 17.12.2017

Saakaşvili tərəfdarlarını Oktyabr sarayını tərk etməyə çağırıb

Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvilinin tərəfdarları Kiyevin mərkəzində yerləşən Oktyabr sarayına hücum çəkib. 
 
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, aksiyaçılar saraya daxil olublar.
 
Saakaşvilinin tərəfdarları Milli Qvardiyanın hərbçilərinin müqavimətini qırıb, Oktyabr sarayının giriş qapısını sındıraraq saraya daxil olublar. Milli Qvardiya əməkdaşları aksiyaçılara yanğınsöndürmə vasitələri ilə müdaxilə etmək istəsələr də, bu, nəticəsiz qalıb.

Mixeil Saakaşvili tərəfdarları Kiyevin mərkəzində yerləşən Oktyabr sarayını tərk etməyə və Azadlıq (Maydan) meydanına qayıtmağa çağırıb. O, hüquq-mühafizə orqanlarının sarayın daxilində konsert keçirildiyini bildirdiyini söyləyib.
 
Saakaşvili günahsız insanların zərər görməməsi üçün tərəfdarlarını Oktyabr sarayını tərk edərək onunla birlikdə meydana qayıtmağa çağırıb.