Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili əslən azərbaycanlı Gündüz Məmmədovun Ukrayna Baş prokurorunun müavini təyin edilməsinə münasibət bildirib.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, o öz fikrini Facebook səhifəsində paylaşıb.
"Daha bir doğru təyinat. Gündüz mənim vaxtımda Odessada çalışıb, o, çox yaxşı hüquqşünas və təmiz adamdır. Ona və Ryaboşapkinin yerdə qalan bütün komandasına uğurlar”, - deyə M.Saakaşvili bildirib.
Qeyd edək ki, bundan əvvəl Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka Krım Muxtar Respublikasının prokuroru vəzifəsini daşıyan azərbaycanlı Gündüz Məmmədovu özünə yeni müavin təyin edib.
Şərhlər