Ötən həftənin sonunda Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından yüksək olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, mayın 4-də və 5-də paytaxtda iqlim normasından 4-5 dərəcə yüksək temperatur qeydə alınıb. Bu gün də paytaxtda temperaturun iqlim normasından yüksək olması gözlənilir.
A. Verdiyev qeyd edib ki, mayın 7-si axşamdan etibarən ölkə ərazisində şimal küləklərinin əsəcəyi və üstünlük təşkil edəcəyi gözlənilir.
Belə hava mayın 8-də də davam edəcək. Mayın 7-si axşamdan etibarən şimal küləklərinin üstünlük təşkil etməsi nəticəsində ölkə ərazisində havanın temperaturu nisbətən düşəcək.
Qaynar.info
Şərhlər