Sabah Dövlət Neft Akademiyasında baş verən qətliamın 4-cü ildönümü qeyd olunacaq. Hər il olduğu kimi bu dəfə də gənclər təşkilatları birgə anım yürüşü təşkil edəcəklər. Bu barədə VHP gənclər təşkilatının sədri Pünhan İmamlı musavat.com-a bildirdi ki, Müsavat, AXCP, VHP, NİDA, AGT və başqa müstəqil təşkilatların gəncləri ADNA-da baş verən terror aktı nəticəsində həlak olanları bir yerdə yad etməyi planlaşdırır. Anım yürüşünün vaxtı bu gün dəqiqləşəcək və yürüş zamanı heç bir şüar səsləndirilməsi nəzərdə tutulmayıb.
P.İmamlı qeyd etdi ki, kalon şəklində gənclər ADNA-nın binası önünə yürüş edəcək və qərənfil dəstələri düzəcəklər: “Hər il polis maneə törədir. Dinc formada təşkil edilən anım tədbirinə imkan vermir. Hesab edirik ki, bu il buna cəhd etməyəcəklər. Heç bir şüar olmayacaq. Sadəcə ADNA qarşısında “terrora yox” şüarı səsləndirilə bilər”.
Qaynar.info
Şərhlər